İran ABŞ-la danışıqlar üçün şərtlərini açıqlayıb

İran ABŞ-la danışıqlar üçün şərtlərini açıqlayıbİran hakimiyyəti tərəflər arasında etimadın bərpa olunacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır.

APA xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "CNN" telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, məzmunlu danışıqlar etimada əsaslanmalıdır, lakin hazırda İran ABŞ-ı etibarlı danışıqlar tərəfdaşı kimi görmür.

Onun sözlərinə görə, bu etimadsızlığın aradan qaldırılması vacibdir və hazırda regiondakı dost ölkələrin vasitəçiləri bu istiqamətdə səylər göstərirlər.

"Hazırda Tehran və Vaşinqton arasında vasitəçilər yolu mesaj mübadiləsi davam edir", - Əraqçi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...