Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildiBaş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.
qafqazinfo


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
24 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...