Qəddafinin oğlu Liviyanın qərbində öldürüldü

Qəddafinin oğlu Liviyanın qərbində öldürüldü “Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbindəki Zintan şəhərində öldürülüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Liviya əl-Əhrar” televiziya kanalı məlumat yayıb.
Əl-İslama yaxın mənbələrin məlumatına görə, ona naməlum yaraqlılar hücum edib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ildə əl-İslam həmin il keçirilməsi planlaşdırılan, lakin hələ baş tutmayan ümumi seçkilərdə Liviya prezidentliyinə namizədliyini irəli sürmək planlarını açıqlayıb. 2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və ölkədəki BMT dəstək missiyasının rəhbəri Əbdülayi Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...