Pensiya kapitalı nə qədər artırıldı?
Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı Vüqar Bayramov qeyd edib.
"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırıldı. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunur. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manata çatır.
Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulları inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır", - o əlavə edib.
8 dəfə oxundu











