Orban: Aİ Macarıstana açıq müharibə elan edib
APA xəbər verir ki bu barədə Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ-yə üzv olması ilə bağlı “Politico” nəşrində dərc edilmiş plana münasibət bildirərkən qeyd edib.
Orban bu yaxınlarda dərc olunmuş beş maddəlik Aİ planını “Macarıstana qarşı açıq müharibə elanı” kimi qiymətləndirib. O, “Politico”nu Brüssel elitasının rəsmi nəşri adlandırıb.
“Brüssel elitasının rəsmi nəşri olan “Politico” Brüssel və Kiyevin son müharibə planını – beş maddəlik Zelenski planını dərc edib. Onlar Ukraynanın 2027-ci ildə İttifaqa qəbul ediləcəyinə qərar verdilər.
Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanıdır. Onlar Macarıstan xalqının qərarını qulaqardına vurur və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək əzmindədirlər. Onlar Tisza Partiyasının hakimiyyətə gəlməsini istəyirlər, çünki o zaman artıq veto, müqavimət və münaqişədən kənarda qalmaq olmazdı.
Bu aprel ayında seçki qutusunda macarlar onları dayandırmalıdırlar. Fidesz Macarıstan və Brüssel hakimiyyəti arasında dayanan yeganə qüvvə və Macarıstan suverenliyinin yeganə təminatçısıdır”, – Orban bildirib.
Qeyd edək ki, “Politico” Ukraynanın Aİ-yə daxil olmasını asanlaşdırmaq məqsədilə 2027-ci ilə planlaşdırılan beş maddəlik planı dərc edib. Sənəd Ukraynanın 2027-ci ilin əvvəlində qismən üzvlük ehtimalı ilə bağlı Aİ daxilində aparılan müzakirələr fonunda hazırlanıb.
5 dəfə oxundu












