Rayon rəhbəri vətəndaş müraciətlərini dinləyib
Vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, subartezian quyusunun təmir olunması, yaşadığı küçəyə şebel verilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər. İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib.
Rayon sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
5 dəfə oxundu












