“Çox ölkələr COP keçirib, lakin media hücumlarına məruz qalmayıblar”
Gundem.info.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Mən, həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir”, - deyə Prezident əlavə edib.
32 dəfə oxundu











