Onlar haqda yeni - Qərar verildi
“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması istənilib.
Səbail Rayon Məhkəməsi DTX-nin vəsatətini təmin edib. Qərara əsasən, təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Ə.Kərimli, M.İbrahim və E.Əmirov Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.
***
Bu gün “Hürriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun da həbsdə saxlanılma müddəti 4 ay daha uzadılıb.
Hazırda bütün cinayət işləri DTX-də genişmiqyaslı ibtidai istintaq hərəkətləri davam etdirilir.
4 dəfə oxundu











