“İdrak” liseyinin rəhbəri danışdı - GÜLLƏLƏNƏN QADIN MÜƏLLİMDİR

“İdrak” liseyinin rəhbəri danışdı -  Bakıda yerləşən “İdrak” liseyində şagird müəllimi güllələyib.

Gundem.info.az xəbər verir ki, “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.

- Hadisə necə olub?

- Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.

- Neçənci sinif şagirdidir?

- 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.

- Güllələnən müəllim qadındır yoxsa kişi?

- Qadındır.

- Müəllimin vəziyyəti necədir?

- Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.

- Hansı fənndən dərs deyir?

- Hazırda araşdırma aparılır.

- Əvvəllər bu şagirdlə bağlı şikayət olub?

- Xeyr olmayıb.

- Həmin şagirdin davranışları normaldır?

- Bəli, normaldır.

- Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?

- Var. Ancaq keçirə bilib.

- Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?

- Sinif otağında baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...