Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Dəmirçilər kənd İƏD üzrə nümayəndəliyin Ağkənd kəndində keçirilib.
Qəbulda rayon polis şöbəsinin rəisi Rüfət Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə rayon rəhbəri kənddə şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Köçərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Ağkənd kəndinin 667 hektar ərazisi, 248 təsərrüfatı, 1118 nəfər əhalisi var. Ərazidə 1 körpələr evi-uşaq baxçası, 1 kitabxana, 1 mədəniyyət evi, 3 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət və 2 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 532 baş iribuynuzlu, 923 baş xırdabuynuzlu heyvan, 4410 baş quş və 88 arı ailəsi saxlayırlar.
Son üç ildə Ağkənd kəndində su arxları 9900 metr məsafədə lildən təmizlənib, kənd arası yollar 600 metr məsafədə təmir olunub, kənd ərazisinə 200 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənib və məişət tullantılarının məhv edilməsi üçün 3 ədəd quyu qazılıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Şükür Namazov suvarma arxının təmizlənməsi, Gülbahar Sadıqova həyətyanı torpaq sahəsində yardımçı tikili tikməsinə icazə verilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
2 dəfə oxundu











