Türkiyədə MOSSAD casusları yaxalandı

Türkiyədə MOSSAD casusları yaxalandıTürkiyədə MOSSAD-a işlədiyi müəyyən edilən Mehmet Budaq Dərya və Veysəl Kərimoğlu saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) apardığı “Monitum əməliyyatı” çərçivəsində məlum olub ki, mədən mühəndisi olan Mehmet Budaq Dərya 2013-cü ildə mərmər ticarəti fəaliyyəti vasitəsilə İsrail kəşfiyyatı ilə əlaqə yaradıb və Avropada MOSSAD üzvləri ilə görüşüb.

Daha sonra aldığı tapşırığa əsasən, Veysəl Kərimoğlu ilə əlaqələr qurub və onu da fəaliyyətə cəlb edib. Hər iki şəxs birlikdə topladıqları məlumatları qarşı tərəfə ötürüb.

Faktla bağlı araşdırmalar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...