Müəllimlərin maaşı artacaq? Təhsil üçün 5,2 milyard ayrılır

Müəllimlərin maaşı artacaq? 2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Müəllimlərin maaşının artırılması məsələsi bu xəbər fonunda yenidən gündəmə gəlib. Bəs müəllimlərin maaşı artacaq?

Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, artım ola da bilər, olmaya da.

"Elə ciddi artım nəzərdə tutulmayıb. Elm və təhsil xərcləri 5 milyard 200 milyon civarında olsa da, müəllimlərin maaşının artırılması ilə bağlı gözləntilərimiz yoxdur. Əsasən sabit qalacaq, əvvəlki il kimi, hər hansı artım müşahidə olunmayacaq. Əslində nəzərə alsaq ki, büdcəmiz sosial yönümlü olmalıdır, pensiyacıların, Qarabağ veteranlarının maaşlarının, digər xərclərin artırılması kimi daha böyük gözləntilərimiz var idi. Amma təəssüf ki, bu hələlik özünü doğrultmayıb. Hətta il üzrə büdcənin kəsirlə müşahidə olunması da mümkündür".

Ekspert qeyd edib ki, büdcə müzakirəsi zamanı neftin bir barrelinin qiyməti 65 dollar götürülmüşdü:

"Təəssüf ki, hal-hazırda Azərbaycan neftinin qiyməti dəyişkəndir. 65, 60, bəzi günlərdə 59 dollar ətrafında müşahidə olunur. Buna görə də büdcə prosesində nəinki tam ödənişlər, həm də müəyyən kəsirlərin olması gözlənilir. Bu baxımdan müəllimlərin maaşının artırılması hələlik proqnozlaşdırılmır" - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...