Anar Qədiməliyev nazir olmaq istəyir?

 Anar Qədiməliyev nazir olmaq istəyir? Azərbaycanda “cənab Kipiani”, “rus Əhməd” kimi maarifçilər uşaqlarımızın savadlı olması üçün bütün həyatlarını təhsilə həsr etmişdilər. Onların yeganə amalı bilikli nəsil yetişdirmək, cahil mühiti təmizləmək idi. Ancaq təhsilimiz Qori seminariyasından gəlib hara çıxdı “bazarkom” təhsil məmurlarına…

Bu gün təhsil sektorunda elə vəzifəli şəxslər var ki, onlar müasir dövrdə təhsilin inkişafına balta çalırlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyevi buna nümunə göstərmək olar. İddia olunur ki, 2024-cü ildə bu posta təyin olunan Qədiməliyevin ambisiyaları artıq nəzarətdən çıxıb.

Gəncəni “yarıtdı”, növbə Bakınındır?

Bura qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsini tutmuş Anar Qədiməliyev bölgənin təhsilini “yarıtdı”, indi isə paytaxt təhsilini “ağ günə” çıxarmağa gəlib. İddialara görə, cəmi 2 illik rəhbərliyi dövründə Qədiməliyev təhsil sektorunda özü üçün gəlir mənbələri taparaq böyük bir biznes qurub. Hətta yaxın çevrəsində gələcəkdə elm və təhsil naziri olmaq istəyinə dair işarələr vurduğu deyilir.

Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev hələ bir neçə il əvvəl Qədiməliyevin fəaliyyətini sərrast qiymətləndirmişdi. O bildirmişdi ki, Anar Qədiməliyev Gəncədə xeyli sayda əməkdar müəllimi və qabaqcıl məktəb direktorlarını sıxışdıraraq vəzifədən azad edib, onların yerinə maddi maraqlar əsasında yeni təyinatlar həyata keçirib.

İxtisası aqronom, əlaqələri isə şübhəli…

Ekspertin sözlərinə görə, A. Qədiməliyev ixtisasca aqronomdur və Aqrar Universiteti bitirib. Sonradan ABŞ-da “Soros” Fondunun xətti ilə maliyyələşən 2 illik kurs keçib. Anti-Azərbaycan mövqeyinə görə ölkəmizdə fəaliyyəti dayandırılan bir fondla əlaqəsi olan, həmçinin FETÖ ilə bağlılığı iddia edilən bir şəxsin Bakı təhsilində ikinci adam olması ciddi suallar doğurur.

Etibar Əliyev qeyd edib: “Anar Qədiməliyev heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur. O, məktəbi və təhsilin məzmununu bilmir, müəllimlərlə kobud davranır. Onun təyinatı təhsilə edilən qəsddir”.

İntihara cəhd və idarəetmədə özbaşınalıq

Xatırladaq ki, Gəncədə 1 nömrəli məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinə səbəb kimi məhz Qədiməliyevin təzyiqləri və şantajları göstərilmişdi. Direktor bildirişdi ki, idarə rəisi onu işdən çıxarmaq üçün məqsədli şəkildə monitorinqlər təşkil edərək psixoloji təzyiq göstərir.

Həmçinin bildirilir ki, Qədiməliyev Dünya Bankının vəsaitlərinin koordinatoru olmuş Elvin Rüstəmovla bir qrup halında hərəkət edir. Həmin vəsaitlər hesabına “Port Baku”da mənzillər alındığına dair iddialar da parlament səviyyəsində səsləndirilib.

Şübhəli direktor təyinatı və “TREDO” şirkəti

Ötən il Bakıdakı 25 nömrəli məktəbin birləşdirilməsi zamanı direktor müavini Rəhilə Novruzovanın 254 nömrəli məktəbə direktor təyin edilməsi də Qədiməliyevin “uğuru” kimi qələmə verilir. Hazırda həmin məktəbdə müxtəlif şirkətlərlə bağlanan müqavilələr, tenderlər və inventar alışı zamanı böyük maxinasiyalara yol verildiyi iddia olunur. Məlumata görə, Qədiməliyev bu maxinasiyaları özünə yaxın olan “TREDO” şirkəti vasitəsilə həyata keçirir.

Bu iddialar islahat ruhuna deyil, korrupsiya maraqlarına xidmət edir və aidiyyəti qurumlar tərəfindən araşdırılması qaçılmazdır.

Yazıda adı çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...