"6 yaşlı uşağı oynadığı yerdə bıçaqlayıblar" — Məktəbin direktoru

"6 yaşlı uşağı oynadığı yerdə bıçaqlayıblar" —  Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

Manset.az bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, məktəbli hazırda xəstəxanadadır:

"Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında, 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında - oynadıqları yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq - mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim, ağır əməliyyat keçirib. Hazırda xəstəxanada reanimasiyadadır."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...