Dəbdəbəli yas mərasimləri QADAĞAN EDİLƏCƏK

Dəbdəbəli yas mərasimləri  Son illər bir sıra rayonlarda yas mərasimlərinin sadələşdirilməsi və dəbdəbənin aradan qaldırılması istiqamətində atılan addımlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir müddət əvvəl tətbiq olunan məhdudiyyətlərə ara verilməsi isə sualları daha da artırıb: Görəsən, dövlət bu sahədə ümumrespublika səviyyəsində konkret qanun qəbul edə bilərmi? Dəbdəbəli yas mərasimlərinin tamamilə ləğvi hüquqi baxımdan mümkündürmü?

Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, bu istiqamətdə hüquqi mexanizmlər mövcuddur:

“Bu, mümkündür. Bununla bağlı hər hansı mütləq hüquq yoxdur. Söhbət məhdudlaşdırıla bilən hüquqdan gedir. Dövlət qərar qəbul edərkən əhalinin dini inancına hörmətlə yanaşmaq öhdəliyini unutmamalıdır”.

Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə həm sərbəst toplaşmaq azadlığı, həm də dini etiqad azadlığı nəzərdə tutulur və yas mərasimlərində iştirak məcburi xarakter daşımamalıdır:

“Azərbaycan Respublikasının qanunlarına əsasən mərasimlərdə iştirak könüllülük prinsipi üzərində qurulmalıdır. Dövlət müəyyən dizayn və tənzimləmə işləri apara bilər. Məsələn, yas mərasimlərinin dəbdəbəli keçirilməsini və bu qəbildən olan davranışları qadağan etmək mümkündür”.

Qeyd edək ki, son illər yas mərasimlərində israfçılığın qarşısının alınması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülsə də, məsələ hələlik ümumrespublika səviyyəsində qanunla tənzimlənməyib.


konkret.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...