Güclü külək nəticəsində ölən şəxs AAYDA-nın əməkdaşı imiş

Güclü külək nəticəsində ölən şəxs AAYDA-nın əməkdaşı imişXəbər verdiyimiz kimi, ötən gün Xətai rayonu Zeytun küçəsi 18 ünvanında ölüm hadisəsi baş verib.

Gundem.info.az Teleqraf-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov Xətai rayonundakı AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən əsən güclü külək nəticəsində İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarı onun üzərinə uçub.

İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...