DGK-nın hospitalından 2 manatlıq şirkətə 691 min manatlıq sifariş

DGK-nın hospitalından 2 manatlıq şirkətə 691 min manatlıq sifariş
Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı məhlulların satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Paşa-K” Firması seçilib. Tərəflər arasından abğlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 691 779,58 manatdır.

"Paşa-K” Firması şübhəli şirkətlər siyahısındadır. 2021-ci ildə Firmanın əməkdaşlarından biri vətəndaşalara pulla COVİD-19-la bağlı saxta vaksin sertifikatları satmaqda şübhəli bilinərək saxlanılıb. Az sonra şirkətin adı qiymət şişirdilməsində hallanıb. Həmin vaxt yayılan məlumatlarda iddia edilib ki, "Paşa-K” Firmasına məxsus apteklərdə dərman vasitələrinin qiymətləri şişirdilib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya görə DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı "Paşa-K” Firması ilə ötən il də satınalma müqavilələri bağlayıb. Tibbi sərf mallarının satın alınması nəzərdə tutulan müqavilənin maliyyə dəyəri 1 419 915,83 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Paşa-K” Firması 8 fevral 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 1-də yerləşir. Firmanın qanuni təmsilçisi isə Rzayev Elxan Abduləli oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...