Tanınmış aktyora qaraciyər köçürüldü

Tanınmış aktyora qaraciyər köçürüldü
Bir müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparan tanınmış türkiyəli aktyor Ufuk Özkan üçün uyğun əməliyyat oldu.

Qaynarinfo türk mətbuatına istinadən xəbər verir ki, aktyorun qaraciyər köçürülməsi əməliyyatı keçmiş iş yoldaşı, operator Salih Kıvırcıkın donorluğu ilə həyata keçirilib.

11 saat davam edən əməliyyatdan sonra həm Ufuk Özkanın, həm də donorun səhhətinin yaxşı olduğu bildirilib.

Aktyor hazırda normal palataya köçürülüb. O, açıqlamasında həkimlərinə və onu dəstəkləyənlərə təşəkkür edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...