Boynuna asdığı patrona görə cəzalandırıldı: "Məni qoruyacağını düşünmüşdüm"

Boynuna asdığı patrona görə cəzalandırıldı: "Məni qoruyacağını düşünmüşdüm"
Naxçıvanda boyunbağına tapança patronu taxıb boynundan asan qadın cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü G.T.-nin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, G.T. Naxçıvan Hava Limanından Türkiyənin İstanbul şəhərinə getmək istəyərkən çantasında boyunbağına taxılmış tapança patronu aşkarlanıb. Qadın ifadəsində bildirib ki, patronu hamilə olduğu vaxt qorxduğu üçün "kurşun kolye" kimi götürüb. Onun sözlərinə görə, bu cür əşyalar Türkiyədə açıq satışda olduğundan, hər hansı hüquqi problem yarada biləcəyini düşünməyib.

G.T. patronu 2 il əvvəl İstanbulda 30 lirəyə aldığını, boynundan asdığını, lakin sonradan ağırlıq etdiyi üçün çantasına qoyduğunu deyib:

"Belə hadisə olacağını bilsəydim, atardım. Azyaşlı övladım var və ona özüm baxıram. Sadəcə məni qoruyacağına inandığım üçün saxlamışdım".

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə G.T. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron nəzarət qolbağı daşıyacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...