İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? - Qohumluq əlaqəsi

İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? -  İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntünün yayılmasından sonra, məsələ ilə bağlı araşdırma başladıldı. Ancaq başladılan araşdırma barədə hələki hansısa bir açıqlama verilməyib.

AzFakt.com-a daxil olan məlumata görə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə edənlərdən biri də Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Belə ki, deputat Müşfiq Cəfərov Hacıalmuradlı kənd orta məktəbinin hərbi müəllimi Anar İbayevin xalası oğludur. Anar İbayev isə direktor Ruslan İbayevin əmisi oğludur.

İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? -
Deputat Müşfiq Cəfərov

Bildirilir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin bütün gücü ilə şagirdi döyən məktəb direktoru Ruslan İbayevi müdafiə etməsinin arxasında məhz deputat Müşfiq Cəfərov və sektor müdiri Elşad Uğurliyev faktoru dayanır.
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? -
Bəhruz Nəbili

Milli Məclisin deputatı Müşfiq Cəfərova və Bəhruz Nəbiliyə arxalanan Ruslan İbayev 5 ay müddətində orta məktəbdən 4 işçini işdən çıxardıb.

İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? -
Məktəb direktoru Ruslan İbayev

Hətta Ruslan İbayev məktəbin adını daşıdığı şəhid Qoşqar Tarverdiyevin qardaşı Zaur Tarverdiyevi də işindən azad edib. Şəhid qardaşı üzləşdiyi haqsızlıqla bağlı dəfələrlə Ruslan İbayevdən şikayətlər etsədə, sonda direktoru himayədarları qorumağı bacarıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...