Moskvada QRU rəisinin birinci müavini güllələnib

Moskvada QRU rəisinin birinci müavini güllələnibMoskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, naməlum şəxs general evindən çıxarkən ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti və hadisənin təfərrüatları hələlik məlum deyil.

İstintaq Komitəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...