Peşə məktəblərində 2 aydır əmək haqqı verilmir - İlqar Bayramlı isə əmək haqqını alıb

Peşə məktəblərində 2 aydır əmək haqqı verilmir -  Azərbaycanda peşə təhsili müəssisələrində çalışan müəllimlər, ustalar və texniki işçilər aylardır əmək haqlarını ala bilmir.

Bizimesr.az-a daxil olan məlumata görə, sonuncu əmək haqqını yalnız 2025-ci ilin dekabr ayında alıblar və 2026-cı ilin fevral ayının ilk həftəsi bitməsinə baxmayaraq, hələ də ödəniş edilməyib.

Əsasən rayon peşə məktəblərində çalışan müəllimlər vəziyyəti acınacaqlı adlandırır, bəzi müəllimlərin kredit ödənişləri gecikdiyindən əlavə bank faizləri ilə üzləşdiklərini qeyd edirlər. Onlar bildirirlər ki, əmək haqlarının gecikdirilməsi artıq adət halını alıb və hər ay vəziyyət daha da ağırlaşır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən məsələyə dair heç bir açıqlama verilmir və problemin səbəbi açıqlanmır.

Qeyd edək ki, Agentliyin direktoru İlqar Bayramlıdır. O, bu vəzifəyə gətirilməzdən əvvəl Elm və Təhsil Nazirliyində Təhsilin İqtisadiyyatı şöbəsinin müdiri kimi çalışıb.

Müəllimlər və işçilər vəziyyətin həllini tələb edirlər və məsul qurumların əmək haqlarını dərhal ödəməsini istəyirlər.

***
Peşə Təhsili üzrə Dövlət Agentliyinin "Qaynar Xətt" - 146-7 xidmətindən bildirib ki, Agentliyin mətbuatın suallarını cavablandırmaq üçün içtimaiyyətlə əlaqələr sektoru yoxdur. Ümumi olaraq bildirib ki, bu problem maliyyə ilə bağlıdır və fevral ayının sonlarına yaxın əmək haqqlarının verilməsi gözlənilir.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, müavinləri və işçiləri əmək haqqlarını ay tamam olmadan alır və heç bir problemlə üzləşmirlər. Amma qurumun tabeliyində olan Mərkəz və məktəblərdə isə əmək haqqları problemi demək olar ki, heç kimi narahat etmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...