Türkiyə 64 milyon turistdən 65 milyard dollar qazanc götürüb

Türkiyə 64 milyon turistdən 65 milyard dollar qazanc götürübTürkiyə ötən il 64 milyon turist qəbul edib, turizm gəlirləri isə 65 milyard 231 milyon ABŞ dollarına çatıb.

AFN.az xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Nazir qeyd edib ki, əldə olunan nəticələr ölkənin turizm sektorunda davamlı artımın və beynəlxalq bazarda mövqelərinin daha da gücləndiyinin göstəricisidir. “2026-cı il üçün hədəfimiz 68 milyard ABŞ dolları turizm gəliridir”, - deyə nazir vurğulayıb.

O, Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarına istinad edərək diqqətə çatdırıb ki, Türkiyə turizmi artıq təkcə regional deyil, qlobal miqyasda da güclü oyunçuya çevrilib. Mehmet Nuri Ersoyun sözlərinə görə, 2017-ci ildə dünyada ən çox turist qəbul edən ölkələr arasında 8-ci pillədə qərarlaşan Türkiyə 2024-cü ilə qədər 4-cü yerə yüksəlib. Turizm gəlirləri baxımından isə Türkiyə 2017-ci ildə 15-ci sırada olduğu halda, 2024-cü ildə 7-ci pilləyə qalxıb.

Nazir qeyd edib ki, Türkiyə artıq böhranların idarə olunması sahəsində güclü reflekslərə və ciddi təcrübəyə malikdir. O əlavə edib ki, ölkənin turizm sektoru yalnız “dəniz, qum və günəş” anlayışı ilə məhdudlaşmır. Mədəniyyət və inanc turizmi, təbiət və ekoturizm, arxeologiya, sağlamlıq və termal turizm, qastronomiya, konqres və sərgi turizmi, kruiz və qış turizmi kimi sahələrdə çeşidlilik getdikcə artır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...