NDU-da RÜŞVƏT QALMAQALI... - İTTİHAM VAR...
NDU rəhbərliyi halal diplomlarını vermək üçün türkiyəli məzunların hər birindən min manat tələb edir. 8 aydır diplomlarını ala bilməyən tələbələrin „Gündəlik Naxçıvan“ bildirdiklərinə görə, rüşvəti pərdələmək üçün həmin pul başqa adla istənilir – guya üç il öncə onlardan təhsil haqqı səhvən az alınıbmış.Bu problemlə üzləşənlər əsasən tibb və əczaçılıq fakültələrinin məzunlarıdır.
Məzunlardan B. Yılmaz deyir ki, min manat 2022-ci ildə pulsuz keçirilən alt dərslər üçün istənilir:
“Illik 2 min dollar təhsil haqqı ödəmişik. İmtahandan kəsildiyimizdə bizə əlavə alt dərslər keçirilirdi. O vaxt deyirdilər ki, bu dərsləri sizə güzəşt edirik, pul ödəməyə ehtiyac yoxdur. İndi universiteti bitirmişik, deyirlər o vaxt səhv olub, bu dərslər üçün əlavə pul ödəməlisiniz, yoxsa diplom verilməyəcək. Üstündən 3 il keçib, niyə indi istəyirlər. Əgər ödənməli idisə, o vaxt almalıydılar. Rüşvət deyə istəyə bilmirlər, bu yola əl atırlar.”
Digər məzun N. Arslan deyir ki, diplom ala bilmədiyindən işsiz qalıb:
“Məzun olduqdan sonra diplomu müvəqqəti əvəz edən sənəd verdilər ki, özümüzə iş tapa bilək. Söz verdilər ki, 3 ay sonra diplomlar veriləcək.
İş tapdım, bir müddət sonra diplomun özünü tələb etdilər.Verə bilmədiyim üçün 6 ay sonra işdən çıxardılar. Universitet rəhbərliyi deyir ki, Bakı diplomları göndərməyib. Universitet rəhbərliyi bizim bununla bağlı şikayətlərimizə fikir vermir.”
Məzunlar aidiyyəti qurumlara müraciət edərək, diplomlarının tezliklə verilməsini tələb edirlər.
2 dəfə oxundu










