Kadırov oğlunun qəzaya düşməsindən danışdı

Kadırov oğlunun qəzaya düşməsindən danışdıAdam Kadırovun avtomobil qəzasına düşməsi və reanimasiyada ağır vəziyyətdə olması barədə məlumatlar saxtadır və süni intellektin köməyi ilə yaradılıb. Süni intellektin köməyi ilə hər kəsi aldatmaq olar.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Ölkədə 128 000 qəza baş verib, 13 009 nəfər ölüb, amma heç kimin vecinə deyil, heç kim heç nə demir. Kadırovun oğlunun qəzası ilə bağlı gözlənilməz şayiə isə bir nömrəli beynəlxalq xəbərə çevrilib”, - Kadırov bildirib.

Kadırov həmçinin saxta xəbərlərin yayılması da daxil olmaqla, kibercinayətkarlıqla mübarizə tədbirlərini gücləndirməyi planlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, bu il yanvarın 16-da Adam kadırovun qəzaya düşdüyü, təcili şəkildə Moskvadakı xəstəxanalardan birinə yerləşdirildiyi haqda məlumat yayılmışdı. İddiaya görə, qəza zamanı polkovnik Apti İrasxanov ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...