İran müdafiə naziri təhdid etdi – “Əlimiz tətikdədir”

İran müdafiə naziri təhdid etdi –  “İran mövcud razılaşmaya baxmayaraq, ABŞ-yə etibar etmir”.

Bakupost.az xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsini icra edən Məcid Rza deyib.

“Düşmənə etibar etmirik, barmağımız tətikdədir. Atəşkəsin istənilən şəkildə pozulmasına qarşı zəruri və adekvat tədbirlər görəcəyik”, - o bildirib.

Əl-Rza əlavə edib ki, Hörmüz boğazı regiondankənar ölkələr tərəfindən sui-istifadə olunmamalıdır:

“Xarici hərbi qüvvələrin bölgədəki mövcudluğu təhlükəsizliyi təmin etmir, əksinə, anlaşılmazlıq, etimadsızlıq və qeyri-sabitliyin artmasına səbəb olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...