“İnşaat Konstruksiyalar” MMC-dən Prezidentə şikayət:.. .məni buna vadar etməsinlər
Bir nüsxəsi də Yenixeberorg.com-a daxil olmuş müraciətdə deyilir:
Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham ƏLİYEV! Son 8 il ərzində “İnşaat Konstruksiyalar” MMC-nin başımıza gətidyi qanunsuz hərəkətlərdən və süründürməçiliklərdən bezərək son ümid yeri kimi Sizə müraciət etməkdə görürük.
Mən, Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışam Müharibə iştirakçısıyam və hazırda ehtiyata buraxılan zabitəm. Müharibə dövüründə sağlamlığımı müəyyən qədər itirdiyimə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Budur, mən də Azərbaycan vətəndaşı olaraq övladlarım üçün qonum-qonşudan borc alıb mənzil problemimin həll edilməsi üçün 2018-ci ilin 10 fevralın əvvəlində üz tutdum “İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru Rauf Əhmədovun ofisinə. İlk öncə 10 fevral 2018-ci il tarixində bağladığımız müqaviləyə görə
MMC-nin direktoru olan Rauf Əhmədovla 3 otaqlı mənzil üçün tələb olunan ilkin ödənişi 5000 manat məbləği verib mənzil almaq üçün müqavilə bağlamışam. Budur, bir neçə il öncə öyrəndim ki, mənə müqavilə əsasında verilən, yəni, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 25 38 ünvanda, 16-cı mərtəbə, ümumi sahəsi 133.74 olan,71 N-li mənzil digər şəxsə satılıb.
Maraqlı burasıdır ki, “İnşaat Konstruksiyalar” MMC-nin direktoru R.Əhmədov2021-ci ildə məni dəvət etmiş və müxtəlif bəhanələr uyduraraq mənzilin digər yerdə şəhərin mərkəzinə yaxın olan yerdə verəcəyini vəd edərək müqaviləni təzələməyi təklif etmişdir.
Mən ödədiyim pulların batmaması üçün Raufla məcbur olub razılaşdım Və köhnə müqaviləni 085002 saylı, 21 iyun 2021-ci il tarixli yeni müqavilə ilə əvəz etdik. Dedilər narahat olma, hər şey hazır olan kimi xəbər edəcəyik. Gəlib mənzilinizi təhvil alarsınız. Razılaşdıq. Baş direktor mənə bu dəfə Xətai rayonun Nobel prospekti 13, F.Bayramov, A Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi binanın 20-ci mərtəbəsində, ümumi sahəsi 121 kv.m olan, 2 otaqlı, 85 saylı mənzilin dəyərini elə 21 06.2021-ci il tarixdə yeni müqavilə şərtlərinə uyğun olaraq tam ödədiyim ( cəmi 266860 manatı) halda aradan 5 il keçməsinə baxmayaraq yenə məni süründürməçiliyə salaraq mənzilimi bəhanələrlə təqdim etmək istəmir. Hər dəfə bir yalan uydurmaqla peşəkar dələduz kimi məni gözləməyə vadar edir.O hər görüşəndə ( 25 dəfə) gələn həftə mənzili alacağıma söz verirdi. Budur, son günlər isə heç telefonuma belə cavab vermir, Yayınır.
Aldığım məlumata gğrə bu adam mənə verilməsi nəzərdə tutulan mənzili digər şəxslərə satıb. Belə olmasaydı 5 il əvvəl 100 % nağd pulunu ödədiyim mənzil niyə mənə vermir?
Doğrudur, mən aidiyyatı üzrə 2022-ci ildə əvvəl hüquq –mühafizə orqanlarına mənə qarşı Rauf Əhmədovun törətdiyi dələduzluq cinayəti barədə rəsmi müraciət etmişdim. Əvvəlcə Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq Toğrul müəllimin icraatında olmuş və yaxşıca araşdırmağa başlamışdır. Sonda nə oldusa sanki lazımsız bir işə çevrildi. Heç rəsmi cavab da vermədilər. O da mənə sonradan məlum oldu ki, R.Əhmədov mənim kimi 274 vətəndaşa qarşı da mənzil fırıldağı edərək onların pullarını əvvəlcədən almış və mənzillərini verməmişdir.Ona görə də şikayətlərə Bakı Ağır Cuinayətlər Məhkəməsində baxilmış və zərərlərin bir qismi ödənildikdən sonra R.Əhmədova 5 il şərti cəza hokum elan edilmişdir.O zaman məndən xahiş etmişdir ki, məndən şikayətçi olma sənin mənzilini verəcəyəm. Mən də inanmışdım. Lakin o bundan nəticə çıxarmamış və arxalandığı oliqarxlara güvənərək məni 4 ildir ki, yeni müqavilə ilə süründürür. Pulumu da vermir.
BƏS AZƏRBAYCAN QANUNVERİCİLİYİ NƏ DEYİR:
Qanunvericilikdə yazılıbmı ki,külli miqdarda mənə qarşı törətdiyi təkrar dələduzluğa görə, digər yüzlərlə zərəçəkmişə qarşı törətdiyi dələduzluğa görə isə 5 il şərti həbs cəzası almış cinayətkar Rauf Əhmədovun hazırda Korrupsiya İdarəsində 4 il sürünən istintaqı yekunlaşmalı deyil?
Qanunvericilikdə yazılıbmı ki, Korrupsiya İdarəsində 2022-ci ildən ərizəm əsasında cinayətkara qarşı aparılan araşdırma qeyri-müəyyən müdətədək uzansın?
Qanunvericilikdə yazılıbmı ki, cinayətkar dələduz Rauf Əhmədovun mülkiyyətlərinə istintaq zamanı həbs qoyulması müşkülə çevrilsin…
Xatırladım ki, Azərbaycanda şəhid ailələrindən və qazilərdən sonra ən çox haqqı olan bizim ailədir. Buna qəsdən maneçilik törədənlər isə sadəcə utanmalıdırlar. Mən bir zabit olaraq 4 il iştirak etdiyim 1-ci Qarabağ Müharibəsinin ən qızğın vaxtında sağlamlığını ona görə itirməmişəm ki, bu gün bizim etimadımızdan süi-istifadə edərək qohum – əqrəbalalardan mənzil əldə etmək üçün topladığımız pulları Rauf Əhmədov və onun arxasında dayanan oliqarx murdar ünsürlər mənimsəyib özlərinin haramzada ailələrini dolandırsınlar. Mən ondan ötəri müharibədə qanımı axıtmamışam ki, Rauf və onu gizli himayə edən hüquq-mühafizə orqanlarının bəzi yaramazları bu cinayətkarı cəzalandırmamaq üçün onu qorusunlar. Yeri gələrsə mən bu dələduz dəstəni hansı oliqarxın qanadları altında gizlənməsindən asılı olmayaraq erməniləri cəzalandırdığım kimi cəzalandıra bilərəm. Yaxşı olardı ki, məni buna vadar etməsinlər.
Azərbaycan Respublikasının çox hörmətli Prezidenti İlham Əliyev və Baş Prokuroru cənab Kamran Əliyev!
“İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru Rauf Əhmədovun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda ( 266860 manat) maddi zərər dəymişdir
Baxmayaraq ki, R.Əhmədov 2 otaqdan ibarət pay kimi 266860 manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid müqavilənin və arayışın surətlərini təqdim edirəm. Beləliklə, Rauf Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox bahasına, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 266860 manatdan çox olmaqla tanımadığım digər şəxsə qanunsuz olaraq sataraq təkrar dələduzluq törətmişdir.
Belə ki, ondan şikayət edən çoxsaylı vətəndaşların mənzil hüququqnun pozulmasına görə zərəçəkmişlər kimi tanınan şəxslərin məsələsi Bakı Ağır cinayətlər Məhkəməsində baxılaraq ona 5 il şərti cəza verilmişdir. Çox təəssüflər olsun ki, Rauf bundan nəticə çıxarmamış və dələduzluq əməllərini davam etdirməkdədir. O mənim şikayətçi olmamağım üçün hər həftə üçün məni mənzillə təmin edəcəyinə söz verməklə yenə də məni süründürməçiliyə salır. Hazırda şikayətlər əsasında bu şəxsin işi Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq Toğrulun icraatına verilmişdir. Lakin aparılan istintaq mənim kimi şikayətçilərin ziyanına, Raufun isə xeyrinə aparılır.
Nəticədə, artıq 5 ildən çoxdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılmış və yenə bizim epizod üzrə aparılmalı olan Rauf Əhmədov mənə və digərlərinə qarşı törətdiyi cinayət işinə görə təkrar məsuliyyətə cəlb olunmamışdır.
Hörmətli cənab Baş Prokuror!
Etibarımdan sui-istifadə edərək məni aldadan şəxs “İnşaat Konstruksiyalar” MMC-nin hazırki baş direktoru, məhkum Rauf Əhmədovdur. Mən həmin şəxsdən və onun dəstəsindən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təkrar cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin tam olaraq qaytarılmasını tələb edirəm. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edirəm ki, mənim şikayətim üzrə materialları işin ədalətli aparılması və təkrar cinayət işinin başlanması üçün ( Bakı şəhər Prokurorluğuna və ya Xətai rayon Prokurorluğuna ) göndərəsiniz.
Cənab Ali Baş Komandan İlham Əliyev!
Sizdən bir əsgər- zabitiniz olaraq çox xahiş edirəm, “İnşaat Konstruksiyalar” MMC-nin dələduz dəstəsinin tezliklə ifşa edilərək məsuliyyətə cəlb edilməsi və Şəxsi nəzarətiniz altrında tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər.
XÜSUSİ QEYD: Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim edilsə də, iddia heç vaxt təkzib edilməyib.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
8 dəfə oxundu













