Trampın nümayəndəsi Özbəkistanda – Tariflər götürülür

Trampın nümayəndəsi Özbəkistanda – Özbəkistan və ABŞ sənaye və kənd təsərrüfatı mallarına qarşı tarif maneələrini qarşılıqlı şəkildə aradan qaldırmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ticarət Nümayəndəliyinin Ofisi yayıb. Bildirilir ki, dünən ABŞ Ticarət nümayəndəsi Ceymison Qrir Daşkəndə gəlib və orada Prezident Şavkat Mirziyoyev, Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva və Baş nazirin müavini Cəmşid Xocayevlə görüşüb: "Özbəkistan geniş çeşiddə Amerika sənaye və kənd təsərrüfatı mallarına qarşı tarifləri ləğv etmək və ya azaltmaq öhdəliyini götürür. ABŞ Özbəkistanın sənaye və kənd təsərrüfatı mallarına ABŞ qanunlarına uyğun olan dərəcədə tarif tədbirləri çərçivəsində əlverişli münasibət göstərməyi öhdəsinə götürür".

ABŞ və Özbəkistan həmçinin ikitərəfli investisiyaları gücləndirmək və qarşılıqlı ticarət və investisiya sazişi bağlamaq üçün danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

Ticarət Nümayəndəliyinin ofisi ABŞ-ın Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına dəstəyini vurğulayıb.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, iqtisadi əməkdaşlıq ABŞ ilə strateji tərəfdaşlığın əsas sütunu olaraq qalır. 2025-ci ilin sonunda ölkələr ümumi dəyəri 32 milyard dollar olan kommersiya müqavilələri paketi imzalayıblar. Bunlara Boeing ilə 8,5 milyard dollarlıq müqavilə, eləcə də digər strateji əhəmiyyətli sektorlara müqavilələr və investisiyalar daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...