Yeni ödəniş metodları - POS terminallar ləğv olunacaq?
Bank bunu belə izah edir ki, azalma əsasən mobil POS terminallarda aktivliyin (dövriyyənin olmaması) ilə əlaqədardır. Odur ki, bank həmin məhsulun rentabelliyini qorumaq məqsədilə aprelin əvvəlində həmin terminalların fəaliyyətini dayandırıb.
Bəs belə davam edərsə, POS terminallar ümumiyyətlə ləğv oluna bilərmi?
Bakupost.az xəbər verir ki, iqtisadçı ekspert Samir Ağayev Bizim.Media-ya ödəniş terminallarının sayı gələcəkdə daha da azala bilər, amma onların tamamilə ləğv olunması yaxın gələcəkdə ehtimal edilmir deyib.
“Mobil bankçılıq və QR ödənişləri sürətlə yayılması, kartdan-karta köçürmələr terminal əməliyyatlarını əvəz edir. Artıq kommunal, mobil rabitə və digər ödənişlərin əksəriyyəti bank tətbiqləri vasitəsilə edilir. Ona görə də banklar və xidmət təminatçıları fiziki terminalların saxlanması xərclərini azaltmağa çalışırlar.
Amma tamamilə ləğv olunmasından söhbət gedə bilməz.
Çünki hələ də nağd pul istifadə edən, yaşlı və ya rəqəmsal xidmətlərdən istifadə etməyən, yaxud smartfonu olmayan istifadəçilər var. Ona görə də yaxın 5–10 ildə terminalların sayının azalması mümkündür, lakin onların tam yox olması üçün bütün əhalinin rəqəmsal ödənişlərə keçməsi lazımdır”.
6 dəfə oxundu













