Ən çox tələbə qəbulu bu bölgələrdə olub - SİYAHI
Gundeminfo.com "AzEdu.az"a istinadən xəbər verir ki, 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə, ötən il ən çox tələbə adı qazanan abituriyentlər Bakı şəhərinin payına düşür.
Paytaxtda təhsil alan 33272 məzundan 15876 nəfəri ali məktəblərə qəbul olub.
Ondan sonra ən yüksək göstəricilər böyük şəhər və sənaye mərkəzlərində qeydə alınıb:
Sumqayıt şəhərində 4541 məzundan 2373-ü, Abşeron rayonunda 4791 məzundan 2278-i tələbə adını qazanıb. Dövlət xətti ilə fəaliyyət göstərən liseylər (ETN tabeli və özəl) üzrə isə 3794 məzundan 1660-ı qəbul siyahısında yer alıb. Regional mərkəzlərdən Gəncə şəhəri də yüksək nəticə ilə diqqət çəkir; belə ki, şəhərin 3612 məzundan 1500 nəfəri tələbə adını qazanıb.
Siyahının növbəti sıralarında min və iki min arası məzunu olan böyük rayonların rəqəmləri qərarlaşıb. Şəki rayonunda 1878 məzundan 809-u, Lənkəran rayonunda 2143 məzundan 740-ı, Şəmkir rayonunda 2388 məzundan 710-u, Ağdam rayonunda 1698 məzundan 651-i və Naxçıvan şəhərində 1140 məzundan 622-si uğur qazanıb. Onların ardınca gələn Tovuz rayonunda 1721 məzundan 593-ü, Masallı rayonunda 1800 məzundan 579-u, Xaçmaz rayonunda 2004 məzundan 558-i, Bərdə rayonunda 1519 məzundan 550-si, Mingəçevir şəhərində 1200 məzundan 555-i və Cəlilabad rayonunda 1961 məzundan 536-sı ali məktəblərə qəbul rəsmiləşdirib.
Qəbələ rayonu üzrə 1216 məzundan 520-si, Salyan rayonunda 1428 məzundan 496-sı, Kəlbəcər rayonunda 1112 məzundan 483-ü, Laçın rayonunda 1052 məzundan 482-si, Quba rayonunda 1578 məzundan 474-ü və Ağcabədi rayonunda 1526 məzundan 461-i qəbul siyahısına daxil edilib. Onları Göyçay rayonu (1129 məzuna 416 qəbul), Qubadlı rayonu (788 məzuna 415 qəbul), Sabirabad rayonu (1568 məzuna 413 qəbul), Füzuli rayonu (1106 məzuna 400 qəbul) və İmişli rayonu (1212 məzuna 399 qəbul) izləyir. Zaqatala rayonunda isə 1137 ( 1114) məzundan 385 nəfəri tələbə adını qazanıb.
Siyahının orta sıralarında qərarlaşan bölgələrin göstəriciləri bu şəkildə davam edir:
İsmayıllı rayonunda 767 məzundan 370-i, Goranboy rayonunda 1080 məzundan 339-u, Qazax rayonunda 896 məzundan 332-si, Kürdəmir rayonunda 1090 məzundan 327-si, İşğaldan azad olunmuş bölgələrdən Cəbrayıl rayonunda 662 məzundan 322-si, Yevlax rayonunda 1044 məzundan 310-u və Astara rayonunda 1062 məzundan 308-i ali təhsil müəmmisələrinə daxil ola bilib.
Bundan başqa, Şirvan şəhərində 797 məzundan 303-ü, Biləsuvar rayonunda 960 məzundan 296-sı, Şamaxı rayonunda 866 məzundan 293-ü, həm Ağdaş rayonu (930 məzun), həm də Beyləqan rayonu (890 məzun) bərabər göstərici ilə 288 qəbul sayı nümayiş etdirib. Onların ardınca isə Şərur rayonu (682 məzuna 283 qəbul), Babək rayonu (702 məzuna 281 qəbul), Ağstafa rayonu (813 məzuna 275 qəbul), Balakən rayonu (713 məzuna 265 qəbul) və Qusar rayonu (930 məzuna 260 qəbul) gəlir.
Neftçala rayonunda 643 məzundan 244-ü, Saatlı rayonunda 895 məzundan 242-si, Göygöl rayonunda 754 məzundan 226-sı, Şabran rayonunda 640 məzundan 226-sı, Culfa rayonu üzrə 461 məzundan 217-si, Hacıqabul rayonunda 612 məzundan 217-si və Ucar rayonunda 694 məzundan 211-i tələbəlik sevinci yaşayıb. Siyahının davamında Zəngilan rayonunda 478 məzundan 208-i, Gədəbəy rayonunda 640 məzundan 198-i, Tərtər rayonunda 706 məzundan 183-ü, Qax rayonunda 451 məzundan 180-i, Samux rayonunda 587 məzundan 180-i, Ordubad rayonunda 320 məzundan 172-si, Oğuz rayonunda 388 məzundan 167-si, Ağsu rayonunda 593 məzundan 160-ı və Siyəzən rayonunda 461 məzundan 159-u qəbul imtahanlarından uğurla keçib.
Məzun və qəbul sayının ən az qeydə alındığı sonuncu qrupda isə rəqəmlər bu qaydadadır:
Zərdab rayonunda 420 məzundan 151-i, Yardımlı rayonunda 438 məzundan 138-i, Lerik rayonunda 371 məzundan 119-u, Qobustan rayonunda 325 məzundan 115-i, Şuşa rayonunda 225 məzundan 98-i, Şahbuz rayonunda 152 məzundan 76-sı, Xocavənd rayonunda 131 məzundan 59-u, Sədərək rayonunda 142 məzundan 59-u, Xızı rayonunda 145 məzundan 56-sı və Naftalan şəhərində 111 məzundan 55-i uğur qazanıb.
Siyahının ən son sıralarında isə Daşkəsən rayonu (168 məzundan 35 qəbul), Xocalı rayonu (79 məzundan 19 qəbul) və respublika üzrə İdman liseyləri (60 məzundan 9 qəbul) qərarlaşıb.
6 dəfə oxundu















