Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama

Flora Kərimovanın səhhəti ilə bağlı açıqlamaXalq artisti Flora Kərimovanın səhhəti yaxşıdır və onun sabah xəstəxanadan evə buraxılması gözlənilir.

Bu barədə Kult.az-a sənətkarın köməkçisi Əli Davud məlumat verib.

O bildirib ki, Flora Kərimova xəstəxanada müayinədən keçib və profilaktik müalicə alıb:

“Flora xanımın ürək fəaliyyəti və arterial təzyiqi ilə bağlı müəyyən narahatlıqlar yaranmışdı. Hazırda vəziyyəti qənaətbəxşdir və müalicə prosesi uğurla davam edir”.

Qeyd edək ki, xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun müalicə prosesi Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və nəzarəti altında həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...