ABŞ-də avtomobil şirkətləri də “Patriot” və “Tomahawk” istehsal edəcək

 ABŞ-də avtomobil şirkətləri də “Patriot” və “Tomahawk” istehsal edəcəkAmerikanın “Ford” və “General Motors” şirkətləri, eləcə də digər avtomobil istehsalçıları tezliklə silahlar, o cümlədən “Patriot” və “Tomahawk” istehsalına başlayacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Dövlət başçısının sözlərinə görə, onlar bu məqsədlə fabriklərini yenidən quracaqlar.
Həmçinin, bu, ölkənin silah istehsalını artırmaq üçün iqtisadi kampaniyanın bir hissəsi olaraq baş verəcək.
“Biz ölkə daxilində çoxlu fabriklər tikirik. Onlar “General Motors” və “Ford”la danışıqlar aparırlar. Biz “Patriot” və “Tomahawk” da daxil olmaqla çoxlu silahlar istehsal edəcəyik”, - Tramp bildirib.
O, ehtiyat gücü olan avtomobil istehsalçılarının da raket istehsalı üçün müqavilələr imzaladıqlarını qeyd edib.
Tramp həmçinin iyunun 24-də ABŞ-nin ən böyük silah istehsalçılarının nümayəndələri ilə görüş planlaşdırdığını əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...