Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər

Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər
Tərtər rayonunda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısı aparatının, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə təzə tər gül dəstələri düzüblər.
Ziyarətdən sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Yığıncağın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara məsuliyyətli işlərində uğurlar, həmişə dövlətə və dövlətçiliyə sadiq olmağı arzulayıb. Rayon rəhbəri bildirib ki, 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməsinin, mühüm regional faktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı fundamental islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə söyləmək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb.
Çıxışda rayon üzrə dövlət qulluğuna dair statistik göstəricilər də diqqətə çatdırılıb. Qeyd olunub ki, rayonda 132 nəfər dövlət qulluqçusu vəzifəsi var ki, həmin vəzifələrin 119-u inzibati, 13-ü isə yardımçıdır. Onlardan 131 nəfərinin ixtisas dərəcəsi var. Dövlət qulluğunda çalışanların 28 nəfərini qadınlar, 22 nəfərini isə gənclər təşkil edir. Rayon üzrə muzdla çalışan işçilərin 1,8 faizi dövlət qulluqçularıdır. Dövlət qulluğunda rəhbər vəzifələrdə çalışanların ümumi sayı 37 nəfərdir ki, onların da 4 nəfəri qadınlardır. Əməkdaşların qulluq stajına gəlincə, dövlət qulluqçularının 2 nəfərinin 1 ilədək, 38 nəfərinin 1 ildən 5 ilə qədər, 28 nəfərinin 5 ildən 10 ilə qədər, 16 nəfərinin 10 ildən 15 ilə qədər, 48 nəfərinin isə 15 ildən yuxarı qulluq stajı var.
Hazırda rayonda onlarla “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş dövlət qulluqçusu fəaliyyət göstərir. Onlar müstəqil respublikamızda inkişafın təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayırlar.
Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev, Qarabağ Regional Gənclər İdarəsinin sektor müdiri Anar Şahbazov, rayon Statistika İdarəsinin rəis əvəzi İradə Rəfiyeva, Qaradağlı kənd İƏD üzrə nümayəndə Tağı Məmmədov və Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov çıxış ediblər. Natiqlər dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edərək, hər birinə cansağlığı, uzun ömür, ailə səadəti arzulayıblar.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən rayonun sosial-iqtisadi inkişafında xüsusi fərqlənən bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim edilib.

Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər
Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər
Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər
Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...