“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
Son aylarda Azərbaycanda xaricdə təhsil xidməti göstərdiyi bildirilən “Pilgrim Education” şirkəti ilə bağlı narazılıqlar gündəmdən düşmür. Xaricdə təhsil adı ilə fəaliyyət göstərən “Pilgrim Education” şirkəti ətrafında narazılıq dalğası getdikcə böyüyür. AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda hüquq mühafizə orqanlarında “Pilgrim Education” şirkətindən zərəçəkmiş və şikayətçi olan vətəndaşların sayı 33 (otuz üç) nəfərdi. Saytımıza müraciət edən şikayətçilər bildirir ki, “Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanova və meneceri Leyla Mustafa pullarımızı vermək istəmir. Aisa Aslanova və Leyla Mustafa iddia edirlər ki, guya biz müqavilənin şərtlərini pozmuşuq. Şikayətçilər dəfələrlə “Pilgrim Education” şirkətinin ofisinə getsələrdə Aisa Aslanova qaçıb gizlənib.
Hazırda “Pilgrim Education” şirkəti ilə bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb və aradşırma aparılır.
Şikayətçilər siyahısını və hazırda “Pilgrim Education”şirkətinin vətəndaşlara verəcəyi pulları təqdim edirik.
1. Əlizadə Vəfa Mirzağa qızı -2500 azn
2. Sabirli Kənan Emin oğlu-1300 azn
3. Məmmədova Mehriban Qabil qızı-700 azn
4. Əliyeva Türkanə İltifat qızı- 1000 azn
5. Haciyeva Firuze Namiq qizi-1500 azn
6. Abdullayeva Nəcmə Abdulla qızı - 3000 azn
7. Camalova Xanım Mirkərim qızı - 650 AZN
8. Ələkpərova Gülnar Elxanovna- 1000 azn
9. Zülfüqarova Həcər Abdul qızı - 2600 azn
10. Hüseynli Əli Surac oğlu- 1150 azn
11. Xəlilova Könül Ismayıl qızı-3000 azn
12. Mirzəyeva Suzanə Müşfiq qızı- 1500 azn
13. Qarayev Əli Qəşəm oğlu-1000 azn
14. Xəlilova Arzu Fikrət qızı-1500 azn
15. Xalidova Aliyə Samir qızı- 2000 azn
16. Məmmədəliyeva Nərgiz Eldəniz qızı 1760
17. Məmmədova Səma Natiq qızı-1100 azn
18. Mustafayeva İlkanə Xəyyam qızı- 1000 azn
19. Qarayeva Elşənə Asəf qızı -700 azn
20. Xəlilov Kamal Oqtay oğlu-1500 azn
21. Qurbanlı İlkin Malik oğlu-2800 azn
22.Yusibova Gülxanım Anar qızı- 1500 azn
23. Qurbanova Türkan Seymur qızı - 1500 azn
24. Çingiz Umudlu Ayazxan oğlu- 500 AZN
25. Mütəllibov Süleyman Bəxtiyar oğlu-2800 Azn
26. Hacıyeva Nəzrin Elnur qızı- 3000 azn
27. Çələbiyeva Xəyalə Hikmət qızı- 2000azn
28. Hüseynli Fatimə Azər qızı-1200 azn
29. Babayeva Pəri Tahir qızı- 200 azn
30. Memmedova Nermın Nazım qızı- 1800 azn
31. Qədimova Mehin Zəfər qızı- 2200 azn
32. Abdullayeva Vüsalə və Abdullayev Murad- 1400 azn
33. Əliyev Nicat Heydər oğlu- 700 azn
Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Pilgrim Education” şirkətinin adına rast gəlinmir. Açıq mənbələrdə də şirkət haqqında heç bir məlumat yoxdur.
Ölkə mətbuatında “Pilgrim Education” şirkəti və onun rəhbəri Aisa Aslanova haqqında yüzlərlə şikayət, məqalələr dərc edilib. Amma buna baxmayaraq dövlətin bəzi televiziya orqanları Aisa Aslanovanı xaricdə təhsil eksperti kimi cəmiyyətə sırıyırlar. Görünür Aisa Aslanovanı qoruyan hansısa “gizli əl” məhz televiziyalar vasitəsilə onun qanunsuzluqları ört basdır eləməyə çalışır.
Mövzuya qayıdacağıq.
9 dəfə oxundu















