İran Hörmüzdən keçən gəmilərdən ödəniş almaqda israrlıdır

İran Hörmüzdən keçən gəmilərdən ödəniş almaqda israrlıdırTehran Hörmüz boğazından keçən gəmilərdən ödəniş almaqda israrlıdır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran bildirir ki, əldə olunacaq vəsait boğazda təhlükəsizliyin təmin olunmasına və ekoloji xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək. Rəsmi Tehran bu təşəbbüsdən ildə təxminən 40 milyard ABŞ dolları gəlir əldə etməyi planlaşdırır.

İran nümunə kimi Türkiyənin Dardanel boğazında tətbiq etdiyi keçid rüsumlarını göstərir. Hazırda Tehran bu ideyaya Yaxın Şərq ölkələri və Çinin dəstəyini qazanmağa çalışır.

ABŞ isə təşəbbüsə kəskin etiraz edib. Dövlət katibi Marko Rubio bildirib ki, belə ödənişlərin tətbiqi təhlükəli presedent yarada və beynəlxalq dəniz daşımalarında ciddi qarışıqlığa səbəb ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...