Tramp: Ərdoğana hörmət etdiyim üçün NATO-nun zirvə toplantısına qatılacağam

Tramp: Ərdoğana hörmət etdiyim üçün NATO-nun zirvə toplantısına qatılacağamABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Türkiyə və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı bir sıra açıqlamalar verib.

“Haber Global”ın xəbərinə görə, ABŞ rəhbəri Türkiyə lideri ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.

“Ərdoğan mənim dostumdur. O, çox güclü insandır”, – Tramp deyib. ABŞ lideri əlavə edib ki, Ərdoğana hörmət əlaməti olaraq NATO-nun Ankarada keçiriləcək zirvə toplantısında iştirak edəcək: “NATO-nun Ankarada keçiriləcək zirvə toplantısını buraxa bilərdim. Ərdoğana hörmət əlaməti olaraq ora gedirəm”.

Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrin satışı ilə bağlı suala “Türkiyəni məmnun edəcək bir şey edəcəyəm”, – cavabını verib.

ABŞ lideri Türkiyənin regional və qlobal əhəmiyyətini vurğulayıb: “İnsanlar Türkiyənin nə qədər böyük olmasının fərqində deyillər. Türkiyədən bəhs edildikdə ağlıma ilk olaraq Ərdoğan gəlir”.

Qeyd edək ki, Ankarada NATO-nun sammiti 7-8 iyulda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...