Azərbaycanda pensiya yaşı 70 olur?

Azərbaycanda pensiya yaşı 70 olur?Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var.

KONKRET.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Deputat bildirib ki, Milli Məclisin deputatları hazırda məzuniyyətdədir, qanunverici orqanın üzvlərinin məzuniyyət dövrü sentyabrda başa çatır: “Sözügedən layihənin parlamentə daxil olması ilə bağlı məlumatım yoxdur. Ümumiyyətlə, inanmıram ki, belə bir layihə Milli Məclisə təqdim olunsun. Bilirsiniz ki, Azərbaycanda həm kişilər, həm də qadınlar üçün artıq 65 yaş təqaüd yaşı kimi təsdiq edilib. Bu yaşın dəyişdirilə, artırıla biləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar, gedən müzakirələr düzgün deyil. Görünən budur ki, əlavə müzakirələr açmaq üçün kimlərinsə marağına xidmət edir. Heç bir halda həqiqətə uyğun deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...