Masallıda “Azərişıq”ın adı növbəti ekoloji qalmaqalda hallanır

Masallıda “Azərişıq”ın adı növbəti ekoloji qalmaqalda hallanırGUNDEMINFO Faktum.az-a istindən istinadən yaydığı məlumata görə, Masallı rayonunun Kürdəbazlı kəndində yerləşən “Ayan” şadlıq evinin qarşısında ekoloji baxımdan ciddi narahatlıq doğuran hadisə baş verib. Görüntülərə əsasən, ərazidə yerləşən uzun illərin şahidi olan çoxillik tut ağacları məhv edilib, yol ilə tut ağacları arasında yerləşən şam ağacları isə kökündən kəsilib.Ən diqqətçəkən məqam isə odur ki, ağacların kəsilməsi prosesində “Azərişıq” ASC-nin əməkdaşının iştirak etdiyi bildirilir.
Məlumata görə, əməkdaş bunun səbəbini şam ağaclarının budaqlarının elektrik naqillərinə toxunaraq qəza təhlükəsi yaratması ilə izah edib və bu işin rəhbərliyin tapşırığı əsasında görüldüyünü deyib. Lakin burada cavab gözləyən çox ciddi suallar yaranır. Əgər həqiqətən məqsəd elektrik xətlərinin təhlükəsizliyini təmin etmək idisə, nəyə görə yalnız naqillərə toxunan budaqlar budanmayıb, ağaclar kökündən məhv edilib?

Elektrik təsərrüfatının təhlükəsizliyi adı altında sağlam və yaşıllıq fonduna daxil olan ağacların tamamilə kəsilməsi hansı hüquqi əsaslara söykənir?

Daha bir sual isə əmək təhlükəsizliyi ilə bağlıdır. İddialara görə, ağacları kəsən şəxs təxminən 55–60 yaşlarında olub və iş zamanı nə xüsusi texnika, nə də təhlükəsizlik avadanlığı gözə dəyib.

“Azərişıq” kimi dövlət əhəmiyyətli strateji qurum əməkdaşını bu cür riskli işə niyə tək göndərib? Haradadır xüsusi texnika, təhlükəsizlik qaydaları və işin təşkili? Əgər bu əməliyyat rəsmi tapşırıq əsasında həyata keçirilibsə, onda aşağıdakı suallara da aydınlıq gətirilməlidir:Ağacların kəsilməsi ilə bağlı müvafiq icazə sənədləri mövcuddurmu,ekologiya və aidiyyəti qurumların rəyi alınıbmı,kəsilən ağaclara baxış keçirilibmi və akt tərtib olunubmu,nəyə görə budama əvəzinə tam məhv etmə yolu seçilib?



Bu hadisə bir daha göstərir ki, bəzi hallarda “təhlükəsizlik” anlayışı yaşıllıqların məhv edilməsinə haqq qazandırmaq üçün istifadə olunur. Halbuki qanunvericilik elektrik xətlərinin mühafizəsini təmin etməklə yanaşı, yaşıllıqların qorunmasını da tələb edir. Əgər budama kifayət edirdisə, ağacların kökündən kəsilməsi həm ekoloji, həm də hüquqi baxımdan ciddi suallar doğurur.İctimaiyyət gözləyir ki, “Azərişıq” ASC bu məsələ aydınlıq gətirəcək və aşağıdakı məqamlara rəsmi münasibət bildirəcək: ağacların hansı əsasla kəsilməsi barədə göstəriş verilib, bu göstərişi kim verib, hansı sənədlərə əsaslanılıb və niyə budama əvəzinə tam kəsmə üsulu seçilib?

Əgər doğrudan da qanun pozuntusu baş veribsə, məsul şəxslər barədə hüquqi tədbirlər görülməli, əraziyə vurulan ekoloji zərərin kompensasiyası təmin edilməlidir. Çünki təbiəti qorumaq dövlət qurumlarının vəzifəsidir, onu məhv etmək yox.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...