Tədris Cərrahiyyə Klinikası 20 min telli qovluq alır: Tender "İnci Group"a nəsib oldu

Tədris Cərrahiyyə Klinikası 20 min telli qovluq alır:  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası dəftərxana ləvazimatlarının və ümumi təmizlik materiallarının satın alınması üzrə elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az xəbər verir ki, tenderin qalibi "İNCİ GROUP OF COMPANİES" Qapalı Səhmdar Cəmiyyəti seçilib. Sifariş siyahısında minlərlə A4 və A5 kağız bağlamaları, batareyalar, qayçılar, eləcə də diqqətçəkən adda – ümumilikdə 20.000 ədəd telli sənəd qovluğu yer alır.
Qalib QSC tibb müəssisəsinin genişhəcmli ofis və təmizlik materialları təminatını həyata keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
15 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...