Maliyyə Nazirliyində strüktur islahatları başlayır - eksküliziv
Prezident İlham Əliyevin sərəncamı ilə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Maliyyə naziri, müavini Anar Əliyev isə onun postuna təyin ounub.
Yerli mediada yayılan xəbərlərə görə yaxın zamanlarda Maliyyə Nazirliyində əsaslı struktur islahatlarına start veriləcək. Gundem.info.az-a daxil olan məlumata əsasən artıq islahatlarla bağlı müvafiq təkliflər müzakirə edilməyə başlayıb. Nazirlik daxilində öncə müvafiq olaraq yerli idarələrin birləşdirilməsinə başlanacaq. Regional idarələrin yaradılması nəzərdə tutulur. Vergi, Təəhsil, Mədəniyyət və digər qurumlarda olduğu kimi Maliyyə Nazirliyinin də müvafiq olaraq regioanl idarələri formalaşdırılacaq.
Analoji olaraq digər dövlət qurumlarında olduğu kimi lüzumsuz ştatların ləğv edilməsi, idarəetməni optimallaşdırmaq əsas hədəf kimi götürüləcək.
Bundan başqa rəmsallaşma istiqmətində də Maliyyə Nazirliyində əsaslı islahatların aparılması gözlənilir.
Məlumata əsasən dövlət sifarişi ilə satınalmalarda şəffaflığın təmin edilməsi məqsədilə əsaslı islahatlar həyata keçiriləcək. Satınalmalar üzrə daha effektiv işləyən elektronlaşmış sistemin yaradılması nəzərdə tutulur.
240 dəfə oxundu