Abşeronda milyonluq tikintilər – Abdin Fərzəliyev bazar açıb…

Abşeronda milyonluq tikintilər –
Son zamanlar Abeşron rayonunda qanunsuz tikililərin tikilməsi sürəkli şəkil alıb. Tribunainfo.az xəbər verir ki, artıq bununla bağlı davamlı olaraq məlumatlar yayılsa da, hər hansı tədbir görülmür.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyətinin nəzarətindən kənar hər hansı qanunsuz tikili işlərinin aparılması mümkün deyil. Əksinə, hər şey icra başçısı Abidin Fərzəliyevin nəzarəti altındadır. Üstəlik, bu işlərə onun “qara kassası” kimi tanınan Nurlan adlı əməkdaşı nəzarət edir. Yəni, Abşeron rayonu ərazisində daşı-daş üstünə qoymaq istəyən Nurlanı görməli, razılaşmalı və işinə davam etməlidir.
Bildirək ki, Nurlan Abidin Fərzəliyevin hələ Nərimanov rayon İcra Hakimiyyəti başçısı olan zamanlarda onunla birlikdə işləyir. Elə Nərimanovda olarkən də eyni işlərlə məşğul olub. Yəni, rayon ərazisində qanunsuz obyektlərin inşasına nəzarət edib, “xeyir-dua” verib.
Analoji işləri Abşeronda da reallaşdıran Nurlanın başqa bir şakəri də var. Tribunainfo.az-ın əldə etdiyi məlumatda vurğulanır ki, sözügedən şəxs Nərimanovda olduğu kimi, Abşeronda da özünə milyonluq obyektlərin tikintisini reallaşdırır.
Məlum olduğu kimi, dünən ölkə mediasında Xırdalanda binanın altının qazılmasını əks etdirən görüntülər yayılmışdı. Hadisədən dərhal sonra Abşeron İcra Hakimiyyəti özünü sığortalamaq üçün dərhal açıqlama yaydı ki, bəs, Abşeronda qanunsuz obyektlərin söküntüsü həyata keçirir.
Hərçənd Abidin Fərzəliyevin Abşeronda həyata keçirdiyi dahiyanə “siyasəti” hər kəsə məlumdur. Məsələ belədir ki, icra başçısı bu açıqlaması ilə yalnız özünü aldada və ya ovundura bilər. Çünki onun rəhbər təyinatından sonra Abşeronda hansı qanunsuzluqların baş verdiyini hər kəs bilir. Rayonun zibilxanaya çevrilməsi, zibil qalıqlarının küçələri başına alması da zaman-zaman medianın müzakirəsi olub. Lakin indiyə qədər heç bir tutarlı tədbir görülməyib.
Bundan əlavə, Abşeronda bunca baş verən qanunsuzluqlar, xüsusən də qanunsuz obyektlərin inşa edilməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də göz yumur. Lakin bunun konkret olaraq nədən qaynaqlandığı hələlik bəlli deyil. Hərçənd Abidin Fərəzliyevin “qara qaşına, ala gözünə aşiq” də deyillər. Şübhəsiz ki, ortada hansısa anlaşma var. Və bu anlaşma maraqların təmin olunması fonunda reallaşır.
Bir sözlə, Abşeronun icra başçısı Abidin Fərzəliyevin bu əməllərinin üstü açıldıqca, təşvişi də artır. Ona görə ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub.
Faktiki olaraq Fərzəliyev Prezidentin bu göstərişinə qarşı gələrək, tapşırığı yerinə yetirmir. Və zaman-zaman bunun üstü açıldıqca, yuxarıdan aşağıya doğru təpkilərin də artacağının fərqindədir. Məhz bu problemdən sığortalanmaq üçün ara-sıra “şou” təşkil edərək, hansısa obyektin sökülməsini çəkərək, paylaşmaqla özünü qorumağa çalışır. Lakin hara qədər?
Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...