Əkrəm İmamoğlu həbs olundu - evində axtarış aparılır - CANLI YAYIM

Əkrəm İmamoğlu həbs olundu -
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində həbs qərarı çıxarılıb.

Gundeminfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əkrəm İmamoğlunun evində axtarış aparılır.

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Media Inc.-in İdarə Heyətinin sədri Murat Ongun saxlanıldığını açıqlayıb.

İstanbul Baş Prokurorluğu, aralarında İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 105 nəfərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

İmamoğlu sosial media hesabındakı paylaşımında bu sözləri deyib:

"Təəssüflə deyirəm ki, millətimizin iradəsini qəsb etməyə çalışan bir ovuc ağılsız mənim sevimli polislərimi, ölkənin təhlükəsizlik qüvvələrini pisliyə alət edib, 16 milyon istanbullunun evinin qapısına yığışıb. Yüzlərlə polis məmuru toplaşıb. Böyük zülmlə qarşı-qarşıyayıq, amma mən öz millətimə çox güvənirəm. Mən o insana və bütün prosesi aparat kimi istifadə edən "ağllıya" qarşı mübarizə aparacağam.

Bu dəqiqələrdə verilən xəbərə görə İstanbul Bəylikdüzü və Şişli bələdiyyə sədrləri haqqında da həbs qərarı çıxarılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...