İstanbulda mitinqlər, toplantılar qadağan edildi - metro bağlandı

İstanbulda mitinqlər, toplantılar qadağan edildi -
İstanbulda hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İstanbul Valiliyinin açıqlamasına görə, şəhərdə 4 gün müddətində hər cür toplantı, nümayiş və mətbuat açıqlaması qadağan edilib.

"Vilayət daxilində ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında Valiliyimiz tərəfindən hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar 4 gün müddətinə qadağan edilib", - məlumatda deyilir.

"Haber Global"ın məlumatına görə, İstanbulda bəzi metro xidmətləri dayandırılıb, bəzi yollar bağlanıb.

Metro İstanbuldan verilən açıqlamaya görə, İstanbul valiliyinin qərarı ilə bəzi metro xidmətləri ləğv edilib. Digər tərəfdən, şəhərdə bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...