Borc yükümüz artıb, gəlirlər isə - ANALİZ
Gəlirlər azalır, xərc yükü çoxalır. Üstəlik istehlak xərcləri də çoxalır. Ölkədə problemli kreditlər portfeli şişir. İnfilyasiya, bahalaşma və idxaldan asılılıq daha çox sərt təbəqələşməyə səbəb olur.
Kənar heç bir fikir olmadan rəsmi statistikaya baxmaq kifayətdir.
Bu gün yayılan rəsmi xəbərdə deyilir: "Əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub".
Bu nə deməkdir?
Sadə dildə izah etməyə çalışım:
- Bu cümlə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məlumatına əsaslanır və əhalinin borc yükünün artdığını bildirir. Gəlin bunu addım-addım izah edək və rəqəmlərlə nümunə göstərək.
Əhalinin borc yükü nədir?
Əhalinin borc yükü – insanların gəlirlərinə nisbətdə öhdəliklərinin (yəni kredit borclarının) faizidir. Yəni bir insanın qazandığı pulla borclarını ödəmək gücü ölçülür. Mütləq qeyd edim ki, bura istehlak, iaşə, ödənişli xidmətlər, səhiyyə, təhsil, kommunal xərclər daxil deyil.
“Əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub” deməkdir ki, ötən ilin sonunda bu göstərici 15,8% idi (çünki 18% – 2,2% = 15,8%), İndi isə bu göstərici 18%-dir.
Rəqəmlərlə nümunə:
Tutaq ki, orta statistik bir vətəndaşın aylıq gəliri 1,000 manat-dır.
Ötən il: Borc yükü 15,8% idi. Yəni vətəndaşın aylıq borc ödənişi 158 manat idi.
Bu il borc yükü artıb 18% olub. İndi vətəndaşın aylıq borc ödənişi 180 manat-dır.
SÖHBƏT İLLİK YOX, AYLIQ BORC YÜKÜNDƏN GEDİR!
Bu mənzərə önümüzə aydın bir tablo çıxarır - ya əhalinin gəliri artmayıb, amma kredit borcu artıb. Ya da gəlir azalıb və borclar əvvəlki kimi qalıb – hər iki halda insanların maliyyə yükü ağırlaşıb.
Aşağıdakı qrafikdə sizlərə aylıq gəliri 800, 1500 və 2000 manat olan vətəndaşın borc yükünün nə qədər artdığını göstərməyə çalışmışam.
Nəticə ondan ibarətdir ki, vətəndaşın yaşayışı da ötən ilin sonu ilə müqayisədə çətinləşib.
Yeri gəlmişkən rəsmi statistikaya görə Azərbaycanda istehlak bazarı 2025-ci ilin yanvarında ötən ilin yanvar ayı ilə müqayisədə 5 faiz böyüyərək 6.1 milyard manat olub. İstehlak bazarının böyüməsində əsas səbəb vətəndaşların istehlak bazarında 78.8 fazilik ticarət etməsidir. Yəni istehlak bazarı da infilyasiya və ərzaq məhsullarının bahalaşması səbəbindən böyüyüb.
Belə. yalnız bir neçə ay ərzində əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi, istehlak xərcləri isə 5 faiz çoxalıb.
İqtisadçı ekspert
Razi Abasbəyli
165 dəfə oxundu