"LANDAU School"da Şəhidin qızına qarşı ədalətsizlik

"LANDAU School"da
Belə yerdə deyirlər, ... gəl-gəl deyən çox olar, çörək verən az. "Yer yoxdur" e. Məntiqlə anormal cavabdır axı. Ölkədə neçə şəhidin övladı (hələ yaşayış yeri paytaxt olan) bu il məktəbəqədər hazırlığa gedəcək yaşdadır ki?

Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Sahib R. Asadbayli adlı şəxs paylaşım edib. O daha sonra yazıb:

"Mən Vətən müharibəsi şəhidi, leytenant Bağırov Süleyman Loğman oğlunun həyat yoldaşıyam. Qızımız Nilufər atasını heç vaxt görə bilmədi. Amma atasının ruhuna layiq olaraq təhsil yolunda ilk addımında böyük uğur qazandı - LANDAU School-un məktəbəqədər imtahanında yüksək nəticə əldə etdi. Buna baxmayaraq şəhid övladları üçün nəzərdə tutulmuş "Polad Təqaüd Proqramı" çərçivəsində heç bir filialda ona yer tapılmadı. Cavab isə sadəcə "yer yoxdur" oldu. Halbuki LANDAU-nun Xətai, Bayıl, Sea Breeze, Zabitlər Parkı, Gənclik kimi filialları mövcuddur.
"LANDAU School"da

Sualım budur: şəhidin övladı üçün bir sinifdə yer tapmaq bu qədərmi çətin idi? Mən balamın haqqını tələb edirəm".

Həqiqətən dəhşətli bir mənzərədir. Gundeminfo.az olaraq düşünürük ki, bu məsələyə "LANDAU School"dan normal bir açıqlama gələr.

Bəli hər il milyonlarla manat gəlir əldə edən, zənginlərin övladlarına təhsil verənlər görəsən düşünüblərmi ki, bu körpə balamızın atası Azərbaycan var olsun deyə canından keçib? Düşünürlərmi?


"LANDAU School"da



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
164 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...