Zaur Mikayılova çağırış - "Orxan İmanlı talançılıqla məşğuldur"

Zaur Mikayılova çağırış -Sabirabad rayon sakini Elman Tahir oğlu Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nin sədri Zaur Mikayılova açıq məktub ünvanlayıb.

Gundem.info.az xəbər verir ki, E.Əliyev daha sonra "Açıq məktub"unda Orxan İmanlının İri Şəhərlərin Su Təhcizatı Tikinti MMC-yə rəhbər təyin edilməsinə qarşı çıxıb.

Cənab sədr , Siz gənc , savadlı , ölkə Başçımız Cənab İlham Əliyevin etimad göstərdiyi kadrlardansınız. (05 aprel 2021), ənənəyə əsasən 05 aprel 2021ci il tarixində Cənab Prezident Sizi qəbul etdi. Ölkənin ən önəmli sahəsini sizə etibar etdi və gərəkən tapşırıqlar verdi. Bu çıxışı telekanallardan mənim tək milyonlarla Azərbaycan cəmiyyəti dinlədi və alqışladı.
Siz də öz növbəsində dərhal hərəkətə keçərək rəhbər təyin olunduğunuz qurumda islahatlara başlayaraq bir neçə idarənin birləşməsinə və bəzi neqativ halların aradan qaldırılmasına bütövlükdə olmasa da qismən nail oldunuz. Əlbətdə qisa müddətdə bu işləri görmək elə özü böyük uğurdur.

Hörmətli sədr qismən ona görə yazıram ki yeni təyin olunduğunuz qurumda hələ heç kimə bələd olmamağınızdan istifadə edən "köhnə qvardiya" tərəfindən Sizə "yaxşı kadr" kimi təqdim olunmuş İmanlı Orxan Yasəf oğlunun həm sizə həm də Cənab Prezidentə layiq olmamasıdır. Bununla bağlı mən sizə 4 il öncə rəsmi məktub göndərmişdim .İmişlidə məni qəbul edərkən məktubun sizə çatmadığını dediniz. O zamanlar O.İmanlı Melorasiya və Su təsərrüfatı ASC nin tabeliyində olan idarə və təşkilarladan daxil olan milyonlarla manat dəyərində olan sifarişlərin ( təkcə 2021 ci il büdcəsi 8 milyon manat civarında olub). yerinə yetirilməməsi və yaxud yarım qalması , özünə və yaxın qohumlarına məxsus MMC lərdə pul vəsaitlərinin silinməsi və nağdlaşdırılması pul alqı satqısı ilə məhşur olub.

2021 ci dekabr ayında Şirvan şəhərində yerləşən Mexaniki Təmir Zavodu sərəncamınızla Sumqayıt Meloservisə birləşdirildi. O vaxt MTZ nin 80 (səksən ) işçisi var idi.
Bəli səksən ailənin üzvü oradan evlərinə bir tikə çörək aparırdı. Lakin İmanlının məkirli , qorxulu planları bu səksən ailəni çörəksiz qoymağa planlaşdırılmışdır. Və o bu planı özünəməxsus qaydada həyata keçirtdi. Sayəsində MTZ fəliyyətini qayandırdı və bir az da irəli gedərək zavodun əmlakını ata malı kimi sataraq talan etdi. Zavodun ağırtonnajlı dəmir konstruksiyalarının və 1.500 metr dəmir yolu reyslərinin O .İmanlı və adamları tərəfindən oğurlanmasını sizə fotoşəkillərlə təqdim edirəm.
2021 ci il dekabr ayındakı təhvil təslim aktı ilə 2024 cü ilin dekabr ayında ADSEA nin nümayəndəsi Aslan adlı şəxs tərəfindən yazılan hər iki akt üzləşdirsəniz hər şey sizə aydın olacaq. Bütün bunlara rəğmən Orxan İmanlını İri Şəhərlərin Su Təhcizatı Tikinti MMC yə rəhbər təyin etməniz etibar və etimad hədəfimiz olan Cənab Prezident İlham Əliyevin siyasi kursuna və kadr islahatlarına zidd hərəkətlərdir.

O.İmanlı kimilər hakimiyyət qolları ilə cəmiyyət arasında gərginlik yarada biləcək anti ədalət təfəkkürlü subyekrlərdir ki , edilən bütün çağrışlara baxmayaraq ruhən bu subyektlər əməllərinə qarşı ağılasığmaz bəraət qazandırmaqla özlərini toxunulmaz hesab edirlər.
Əminəm ki bu yazımla bağlı sizə məlumat veriləcək və dövlət əmlakını talan edənlər cəzasız qalmayacaq.

Gundem.info.az İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Zaur Mikayılova çağırış -
Zaur Mikayılova çağırış -
Zaur Mikayılova çağırış -
Zaur Mikayılova çağırış -
Zaur Mikayılova çağırış -
Zaur Mikayılova çağırış -
Zaur Mikayılova çağırış -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...