Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?

Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?Hazırda Moskvada yaşayan Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd tibb sahəsində fəaliyyətinə geri dönmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian”a Əsəd ailəsinə yaxın mənbə açıqlayıb.

Bildirilib ki, əvvəllər də tibb sahəsində təhsil almış siyasətçi oftalmologiya üzrə biliklərini dərinləşdirməyə başlayıb.

Mənbə hesab edir ki, Bəşər Əsəd gələcəkdə Moskvanın elit təbəqəsini müalicə etmək niyyətindədir.

Bununla yanaşı, 60 yaşlı keçmiş prezidentin rus dilini öyrəndiyi də vurğulanıb.

“Eks-siyasətçinin pula ehtiyacı yoxdur və bütün bunları sırf özü üçün edir. Çünki o, sərvətinin bir hissəsini özü ilə Rusiyaya apara bilib”, - məlumatda qeyd olunub.

Eyni zamanda, ailənin Moskvanın qərbində prestijli Rublyovka yaşayış məntəqəsində “sakit və dəbdəbəli” həyat sürdüyü bildirilib.

Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada müxalif qüvvələrin hücuma keçməsindən sonra Bəşər Əsəd istefa verərək ailəsi ilə birlikdə ölkəni tərk edib. Bunun ardınca, Rusiya Əsəd və ailəsinə sığınacaq verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...