Məhkəmə fermada əxlaqsızlıq edən çobanla bağlı qərar verdi
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ilin fevral-mart aylarında Samux rayonu ərazisində yerləşən fermaların birində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Qədim Namzlı qızı, yetkinlik yaşına çatmayan - 2010-cu il təvəllüdlü zərərçəkmiş M.N.-in (şərtidir) onunla birlikdə yaşadıqları fermadakı fərdi yaşayış evinin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifadə edib. O, zərərçəkmiş şəxsin etiraz etməsinə, durub onun yanından qaçmaq istəməsinə məhəl qoymayaraq, qızını ona “belə etmə” dedikdə “sənin başını kəsərəm” deyib, zor tətbiq edərək hədələyib. Daha sonra ata doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bu hadisə iki dəfə baş verib.
Qeyd: Qədim Namzlı ailəsi ilə birlikdə fermada qalaraq çoban işləyirmış. O, məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, həyat yoldaşı ona şər atıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.
2 dəfə oxundu












