Putin xəbərdarlıq edib: Rusiya istənilən halda Donbassı və Novorossiyanı azad edəcək

Putin xəbərdarlıq edib: Rusiya istənilən halda Donbassı və Novorossiyanı azad edəcəkUitkoff və Kuşnerlə görüş çox faydalı olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "İndia Today"a müsahibəsində bildirib.

O, görüşün uzun müddət davam etdiyini vurğulayıb.

Putin qeyd edib ki, danışıqlar zamanı sülh təkliflərinin hər bir bəndini nəzərdən keçirməli olublar.

Putin vurğulayıb ki, Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif edib, lakin Kiyev döyüşməyə üstünlük verir.

“Rusiya istənilən halda Donbassı və Novorossiyanı azad edəcək - hərbi və ya digər yollarla...”, - Rusiya Prezidenti xəbərdarlıq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...