Avropa Rusiya ilə müharibəyə hazırdırmı? - Müqayisə

Avropa Rusiya ilə müharibəyə hazırdırmı? -  2022-ci ildən Ukraynanın tammiqyaslı işğalı Putinə ordusunun sayını üç dəfə artırmağa imkan verib. O, 1,5 milyonluq daimi ordu və ehtiyatlar da daxil olmaqla, 2,38 milyona qədər olan Çindən sonra dünyanın ikinci ən böyük ordusunu yaratmağı hədəfləyir.

Axar.az xəbər verir ki, bunu “İndependent” nəşri Rusiya lideri Vladimir Putinin Avropa ilə müharibəyə hazır olmaları haqda açıqlamasını şərh edərkən yazıb.

Nəşr əlavə edib ki, Avropa müdafiədə öz çatışmazlıqlarını yalnız indi dərk etməyə başlayıb. Soyuq müharibə bitəndən bəri xərclər ümumiyyətlə azalıb, ona görə də Avropanın gücü onun birliyindədir.

Nəşrin hesablamalarına görə, NATO 3,14 milyon aktiv qoşun və 2,75 milyon ehtiyatda olan əsgər, ümumilikdə 5,89 milyon şəxsi heyətə sahibdir. Alyansın 14 mindən çox tankı və təxminən 21 min təyyarəsi var.

Qeyd olunur ki, Moskvanın həmçinin təxminən 12 min tankı və 4.500-ə yaxın təyyarəsi mövcuddur.

Nəşr onu da vurğulayıb ki, NATO güc baxımından ABŞ-a çox etibar edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...